​Bakıda istifadəyə yararlı F-1 qumbarası aşkar edilib

​Bakıda istifadəyə yararlı F-1 qumbarası aşkar edilib Hadisə yerinə mütəxəssislər cəlb olunub
Hadisə
12 Mart , 2015 01:48
​Bakıda istifadəyə yararlı F-1 qumbarası aşkar edilib

Bakı. 12 mart. REPORT.AZ/ Axşam saatlarında Xəzər rayonunda döyüş sursatı aşkarlanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun“112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər.

İstifadəyə yararlı olan 1-ədəd F-1 markalı əl qumbarası aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Son xəbərlər

Orphus sistemi