Bakıda işlədiyi obyektdən və evdən 8 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Bakıda işlədiyi obyektdən və evdən 8 min manatlıq oğurluq edən şəxslər saxlanılıb Bakıda işlədiyi obyektdən və evdən 8 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.
Hadisə
335
14 Yanvar , 2022 16:21
Bakıda işlədiyi obyektdən və evdən 8 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Bakıda işlədiyi obyektdən və evdən 8 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində yerləşən obyektlərdən birindən 5 min manat dəyərində metal konstruksiyalar oğurlayan şəxslər saxlanılıblar.

Əməliyyat zamanı həmin obyektdə gözətçi işləyən əvvəllər məhkum olunmuş Muraz Süleynmanov, onun tanışları Fərid Qurbanov və Samir Dünyamalıyev tutulublar.

Araşdırma zamanı onların M.Süleymanovun təklifi ilə həmin obyektdən iki dəfə metal konstruksiyalar oğurladıqları məlum olub.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı rayon ərazisində yeni tikilməkdə olan evlərdən birindən ümumilikdə 3 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurlayan Novruz Hacıyev saxlanılıb.

Qeyd edək ki, Novruz Hacıyev hadisə baş verən evdə usta işləyib.

Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

"Bu şəxslərin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi