Bakıda işlədiyi kollecdən noutbuk oğurlayan şəxsə hökm oxunub - FOTO

Bakıda işlədiyi kollecdən noutbuk oğurlayan şəxsə hökm oxunub - FOTO Həsən Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
22 Fevral , 2017 15:35
Bakıda işlədiyi kollecdən noutbuk oğurlayan şəxsə hökm oxunub - FOTO
Report

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Həsən Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin oktyabrında Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, H.Abdullayev sözügedən kollecdə fəhlə işləyib və çalışdığı dövr ərzində kollecin saxlanc yerinin açarlarını qanunsuz olaraq əldə edib. O, bundan sonra saxlanc yerindən müxtəlif vaxtlarda oğurluq edib. Oğurladığı noutbuk və digər kompüter avadanlığını Bakının müxtəlif ticarət mərkəzlərində satıb.

O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi