Bakıda işıqlandırılmayan yoldan keçmək istəyən yaşlı kişini maşın vurub

Bakıda işıqlandırılmayan yoldan keçmək istəyən yaşlı kişini maşın vurub Yaralının vəziyyəti ağırıdr, sürücü saxlanılıb
Hadisə
27 Sentyabr , 2017 06:35
Bakıda işıqlandırılmayan yoldan keçmək istəyən yaşlı kişini maşın vurub
Report

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda ahıl kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində baş verib.

Magistral yolun qaranlıq hissəsindən yolu keçmək istəyən 65 yaşlı Məmmədov Sərdar Famil oğlu minik avtomobilinin qarşısına çıxıb. Ağır kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib. Müalicəsi reanimasiya şöbəsində davam etdirilən S.Məmmədovun vəziyyəti ağır kimi qiymətləndirilir.

Qəzanı törədən sürücü polis tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi