Bakıda iş adamının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda iş adamının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Hüseyn Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
20 İyul , 2019 09:31
Bakıda iş adamının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Hüseyn Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim Nazim Tağıyevin icraatına verilən iş üzrə hazırlıq iclası iyulun 31-də keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin may ayında Nobel və Babək prospektlərini bir-biri ilə birləşdirən Fəzail Bayramov küçəsində baş verib.

Azərbaycan Dəmir Yolları Qapalı Tipli Səhmdar Cəmiyyətinin Keşlə stansiyasının əməkdaşı Muxtarov Hüseyn Çingiz oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyadanı vurub. Ağır xəsarətlər alan 1959-cu il təvəllüdlü Əliyev Həsən Abbasqulu oğlu hadisə yerində vəfat edib.

Qeyd edək ki, vəfat edən şəxs biznesmendir və VÜQAR-2 MMC-nin sahibidir.

Son xəbərlər

Orphus sistemi