Bakıda inzibati həbs cəzası çəkən şəxs ölüb

Bakıda inzibati həbs cəzası çəkən şəxs ölüb Bakıda həbsdə olan şəxs ölüb.
Hadisə
24 İyun , 2019 13:18
Bakıda inzibati həbs cəzası çəkən şəxs ölüb

Bakıda həbsdə olan şəxs ölüb.

“Report” xəbər verir ki, Binəqədi rayonunda yerləşən inzibati həbs olunanların saxlama məntəqəsində cəza çəkən 44 yaşlı Sahib Əhmədov vəfat edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S.Əhmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 206 (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 227-ci (Xırda talama) maddələri ilə təqsirli bilinərək bir ay müddətinə həbs edilmişdi.

Son xəbərlər

Orphus sistemi