Bakıda intiharın qarşısı alındı

Bakıda intiharın qarşısı alındı Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Hadisə
21 May , 2020 14:50
Bakıda intiharın qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə müvafiq təhlükəsizlik (xilasetmə çadırının açılması, çəpərləmə, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması) tədbirləri həyata keçiriblər. 

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə vətəndaşın özünə sui-qəsd etmək istəyinin qarşısını alıblar.

Son xəbərlər

Orphus sistemi