Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb Vətəndaş asma körpünün üzərinə çıxaraq intihar etmək niyyətində olub
Hadisə
13 Noyabr , 2014 08:16
Bakıda intihara cəhdin qarşısı alınıb
Bakı. 13 noyabr. REPORT.AZ/  İntihara cəhd etmək niyyətində olan Bakı sakini asma körpüyə çıxıb. Report xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında məlumat verilib. FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində məlum olub ki, vətəndaş asma körpünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:32-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi