Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb Bir nəfər intihar məqsədilə özünü dənizə atıb
Hadisə
11 Noyabr , 2014 20:35
Bakıda intihara cəhdin qarşısı alınıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakı şəhərində intihara cəhd olub.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində bir nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-in dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Həmin şəxs sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi