Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb 1 nəfər intihar məqsədi ilə yüksəkgərginlikli elektrik dirəyinə çıxıb
Hadisə
9 İyun , 2017 06:20
Bakıda intihara cəhdin qarşısı alınıb

Bakı. 9 iyun. REPORT.AZ/ Gecə saatlarında Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər özünü öldürmək məqsədi ilə yüksəkgərginlikli elektrik dirəyinə çıxıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin hadisə yerinə cəlb olunaraq apardıqları psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi