Bakıda intihara cəhd hadisəsi baş verib

Bakıda intihara cəhd hadisəsi baş verib Qohumlar onu ölümdən xilas edib
Hadisə
31 İyul , 2018 08:23
Bakıda intihara cəhd hadisəsi baş verib

Bakı. 31 iyul. REPORT.AZ/ Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Dadaş Bünyadzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Tural Zülfüqarov yaşadığı evin yataq otağında özünü tavandan asıb. Lakin yaxınları onun intihara cəhdinin qarşısını alıb. 

T.Zülfüqarovun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi