Yuxarı

Bakıda intihar hadisəsi baş verib

Bakıda intihar hadisəsi baş verib

148

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün saat 11 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib. 

"Report" SOCAR-a istinadən xəbər verir ki, institutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 

1969-cu il təvəllüdlü Ə.Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra institutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib. İş yoldaşlarının dediyinə görə, o, anası rəhmətə getdikdən sonra depresiyadan əziyyət çəkib və müalicə olunub. 

"Hadisə ilə bağlı araşdırma aparılır. SOCAR-ın kollektivi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi