Yuxarı

Bakıda internet klubda telefon oğurlayan yeniyetmə tutulub

Hadisə Ramana qəsəbəsində baş verib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda mobil telefon oğurlamaqda şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Cinayət-Axtarış Şöbəsinin və 31-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramana qəsəbəsində yerləşən internet klubda qəsəbə sakini İbrahim Salayevin mobil telefonunu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Heydər Əmrahov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oğurluq hadisəsi 8 ay əvvəl – bu il yanvarın 2-də baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi