Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, A.Zeynallı küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Hadisə
27 Noyabr , 2021 19:28
Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub
Foto: "Report"

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında taxtadan ibarət arakəsmə divar 6 m² sahədə yanıb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, A.Zeynallı küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi