Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub

Hadisə
  • 27 noyabr, 2021
  • 15:28
Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında taxtadan ibarət arakəsmə divar 6 m² sahədə yanıb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, A.Zeynallı küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.