Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda ikimərtəbəli evdə yanğın olub Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
2 Dekabr , 2014 04:41
Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakı. 2 dekabr. REPORT.AZ/ Paytaxt Bakıda yanğın hadisəsi qeydə alınıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 3 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi