Bakıda iki yük avtomobili toqquşub, sürücü xəsarət alıb - FOTO

Bakıda iki yük avtomobili toqquşub, sürücü xəsarət alıb - FOTO Hadisə Səbail rayonunda baş verib
Hadisə
26 Oktyabr , 2016 17:57
Bakıda iki yük avtomobili toqquşub, sürücü xəsarət alıb - FOTO

Bakı. 26 oktyabr. REPORT.AZ/ Səbail rayonunda yük avtomobili ötmə əməliyyatını yerinə yetirərkən digər yük maşınına çırpılıb, sürücülərdən biri xəsarət alıb.

"Report"un xəbərinə görə, rayonun Badamdar şossesində üzü "Qurd Qapısı" istiqamətində hərəkət edən 10 JT 868 dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük avtomobili hərəkətdə olan zaman 10 DE 641 dövlət nömrəli "Shacman" markalı digər yük maşını onu ötmək istəyib. Ötmə əməliyyatını düzgün yerinə yetirə bilməyən sürücü idarə etdiyi yük maşınını "Kamaz" markalı yük avtomaşının arxa hissəsinə çırpıb. Nəticədə "Shacman" markalı yük avtomobili deformasiyaya uğrayıb, sürücü yüngül bədən xəsarəti alıb.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi