​Bakıda iki qardaş 42 yaşlı kişinin qulağını kəsib

​Bakıda iki qardaş 42 yaşlı kişinin qulağını kəsib Faktla bağlı rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
8 Avqust , 2015 12:16
​Bakıda iki qardaş 42 yaşlı kişinin qulağını kəsib

Bakı. 8 avqust. REPORT.AZ/ Bakıda iki qardaş 42 yaşlı kişini yaralayıb. “Report”un xəbərinə görə, hadisə Xəzər rayonunun Şağan qəsəbəsində baş verib.

Belə ki, 17 yaşlı Vüqar İsmayılov qardaşı 16 yaşlı Anar İsmayılovla birlikdə qəsəbə sakini - 1973-cü il təvəllüdlü Çingiz Ağayevin qulaq və əl nahiyəsinə bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi