Yuxarı

Bakıda iki qardaş pul üstündə bıçaqlanıb - YENİLƏNİB

Bakıda iki qardaş pul üstündə bıçaqlanıb

Bakıda iki qardaş bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun "Şamaxı yolu" adlanan ərazisində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Qeyd edək ki, hadisə zamanı onun qardaşı Tahirov Etibar Təşkilat oğlu da bıçaq xəsarəti alıb. E.Tahirov da təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub 


***00:35

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun "Şamaxı yolu" adlanan ərazisində baş verib.

Belə ki, 1990-ci il təvəllüdlü Tahirov Etibar Təşkilat oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi