Bakıda iki qardaş döyülüb

Bakıda iki qardaş döyülüb Bakıda döyülmə hadisəsi baş verib.
Hadisə
7 Dekabr , 2021 01:10
Bakıda iki qardaş döyülüb

Bakıda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1979-cü il təvəllüdlü Cəfərov Soltan Həmid oğlu və qardaşı 1983-cü il təvəllüdlü Cəfərov Bəhruz Həmid oğlu tanıdıqları şəxslər tərəfindən döyülüblər.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi