Yuxarı

​Bakıda iki piyadanı vuraraq qaçan sürücü tutulub

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir

Bakı. 20 iyul. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report”a daxil olan birgə məlumatda bildirilib ki, iyulun 19-da saat 14 radələrində Bakı şəhər sakini Fərid Şahmarlı idarə etdiyi “Brilliance” markalı, 01-AB-055 dövlət nömrə nişanlı avtomobillə paytaxtın Nərimanov rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyadalar - Qiymət İbrahimova və Xədicə Kərimovanı vuraraq qaçıb, nəticədə Q.İbrahimova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, X.Kərimova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi