Bakı. 18 dekabr. REPORT.AZ/ Bakıda quldurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Polis əməkdaşları müraciətlə bağlı müvafiq tədbirlər görüb. 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyev və Biləsuvar rayon sakini Samir Muradov saxlanılıblar.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.