Bakıda iki nəfərdən tapança və patronlar aşkar edilərək götürülüb

Bakıda iki nəfərdən tapança və patronlar aşkar edilərək götürülüb Əməliyyat-axtarış tədbirləri Nərimanov və Xətai rayonlarında həyata keçirilib
Hadisə
14 Fevral , 2017 12:18
Bakıda iki nəfərdən tapança və patronlar aşkar edilərək götürülüb

Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda iki nəfərdən tapança və patronlar aşkar edilərək götürülüb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elnur Tağıyevdən "Naqan" markalı tapança və 4 ədəd patron götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Babayevdən paytaxtın Xətai rayonu ərazisində "TT" markalı tapança və 4 ədəd patron götürülüb.

Son xəbərlər

Orphus sistemi