Bakıda iki nəfərdən 17 kq marixuana götürülüb

Bakıda iki nəfərdən 17 kq marixuana götürülüb Bakıda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb.
Hadisə
6 Noyabr , 2019 10:33
Bakıda iki nəfərdən 17 kq marixuana götürülüb

Bakıda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə Xəzər və Sabunçu rayon ərazilərində baş verib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Ə.Ağayevdən 9 795 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Sabunçu RPİ-nin 14-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü C.Hüseynovu saxlayıb.

Onun üzərinə baxış keçirilən zaman 7 400 qram marixuana aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi