Yuxarı
    Bağlamaq

    Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxılıb, onlardan biri ölüb

    Yaralının vəziyyəti ağırdır

    Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxılıb.

    “Report”un xəbərinə görə, hadisələrdən biri paytaxtın Yasamal, digəri Nizami rayonunda baş verib.

    Məlumata görə, Yasamal rayonu Zərdabi küçəsi 41-də “Avesta” şirkətinin inşa etdiyi yeni tikilidə Beyləqan rayon sakini 1986-ci il təvəllüdlü Amil Nəbiyev pilləkəndən yıxılıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

    Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Samir Alxasov isə paytaxtın Nizami rayonu, C.Naxcivanski küçəsində yerləşən binanın 5-ci mərtəbəsinin giriş pəncərəsindən yerə yıxılıb.

    Xəstəxanaya yerləşdirilən S.Alxasov orada dünyasını dəyişib.

    Hüquq-mühafizə orqanları hər iki faktla bağlı araşdırma aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi