Yuxarı

Bakıda üç nəfər dəm qazından boğularaq ölüb

Hadisənin biri paytaxtın Nizami, digərləri isə Xətai və Suraxanı rayonlarında baş verib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda üç nəfər dəm qazından boğularaq dünyasını dəyişib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Dekabrın 11-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Lalə Rzayeva evində dəm qazından zəhərlənərək ölüb.

Dekabrın 13-də paytaxtın Nizami rayonu ərazisində yaşayan Sevinc İbrahimova, Xətai rayonu ərazisində yaşayan Dövlətgəldi Qurbanov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi