Bakıda iki balıqçı xilas edilib

Bakıda iki balıqçı xilas edilib Bakıda iki balıqçı xilas edilib.
Hadisə
13 İyul , 2019 11:59
Bakıda iki balıqçı xilas edilib

Bakıda iki balıqçı xilas edilib. 

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 12-si saat 20:40 radələrində “102” Zəng Mərkəzi Xidmətinə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində qayığın aşması və 2 balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Müracitələ əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Təxirəsalınmaz tədbirlərlə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş, vətəndaşların köməyi ilə S.Hənifəzadə və H.Hüseynov xilas edilərək sahilə çıxarılıblar.

Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi