​Bakıda iki azyaşlı xilas edilib

​Bakıda iki azyaşlı xilas edilib Uşaqlar mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar
Hadisə
26 Fevral , 2015 23:53
​Bakıda iki azyaşlı xilas edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakının Nərimanov rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə xilasedicilər cəlb ediliblər.

Onlar mənzilin giriş qapısını açaraq azyaşlıları xilas ediblər və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi