Yuxarı

Bakıda iki avtomobil toqquşub, ölən var

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər

Bakıda iki avtomobil toqquşub, 1 nəfər ölüb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda “Kia” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıblar. Hadisə yerində “Kia” avtomobilinin sürücüsü şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi aşkar olunub.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi