Bakıda iki avtomobil toqquşub - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda iki avtomobil toqquşub - FOTO - VİDEO - YENİLƏNİB İlkin ehtimala görə, qəzaya səbəb "Toyota"nın sürücüsü olub
Hadisə
10 May , 2017 09:58
Bakıda iki avtomobil toqquşub - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

*** İlk xəbər 00:22-də dərc olunub. Video əlavə olunub

Bakı. 10 may. REPORT.AZ/ Bakıda iki avtomobilin toqquşması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

İlkin ehtimala görə, qəzaya səbəb "Toyota" markalı avtomobilin sürücüsü olub. "Toyota"nın sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirdiyindən "Hyundai" markalı avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi