Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.
Hadisə
21 Noyabr , 2019 04:27
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə 8-ci km ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1985-ci il təvəllüdlü Rzayev Elman Gülmirzə oğlu və 1996-cı il təvəllüdlü Babayev İbrahim İmran oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

E.Rzayevə sağ baldır oynağının əziyi, İ.Babayevə isə sol bud sümüyünün qapalı sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi