Yuxarı
    Bağlamaq

    Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 24 fevral. REPORT.AZ/ Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var.

    "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Belə ki, Pirşağı qəsəbəsində körpünün altında "VAZ 2106" markalı avtomobillə "Jeep" markalı maşın toqquşub. Nəticədə 41 yaşlı Yusifov Cabir Eynulla oğlu və 66 yaşlı Ağayev Fikrət Mürsəl oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Hadisənin baş verdiyi əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib, araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi