Yuxarı

Bakıda iki avtomobil toqquşaraq yanıb

Qəza zamanı FORD və MAZDA-nın sürücüləri avtomobillərdən çıxarılaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib

Bakı. 22 May. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunda vətəndaşlara məxsus "FORD" və "MAZDA" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın nəticəsində hər iki avtomobilin mühərrik hissələri yanıb.

Qəza zamanı "FORD" markalı avtomobilin sürücüsü, avtomobildə olan 1 nəfər və "MAZDA" markalı avtomobilin sürücüsü avtomobildən çıxarılaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. 

Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi