Bakıda idarəetməni itirən sürücü avtomobilini divara çırpıb

Bakıda idarəetməni itirən sürücü avtomobilini divara çırpıb Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
27 Fevral , 2021 06:33
Bakıda idarəetməni itirən sürücü avtomobilini divara çırpıb

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Belə ki, Neftçilər prospektində 1987-ci il təvəllüdlü Həsənov Elçin Akif oğlu idarəetməni itirərək avtomobilini divara çırpıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona burun sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi