Bakıda İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Bakıda İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb Bakı. 31 iyul. REPORT.AZ/ Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Hadisə
31 İyul , 2018 10:30
Bakıda İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb
Penitensiar.justice.gov.az
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Report"a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifov Anar Knyaz oğlunun yanına görüşə gələn tanışı Bakı şəhəri sakini Quliyev Şahmar Seyfəl oğlunun gətirdiyi sovqatlara və üzərinə baxış zamanı corabının içərisində gizlətdiyi 0.503 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi