Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib

Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır
Hadisə
9 Noyabr , 2016 17:35
Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib

Bakı. 9 noyabr. REPORT.AZ/ Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib. 

“Report”un məlumatına görə, İsrail vətəndaşı, 1948-ci il təvəllüdlü Aleksander Ovsiyevich Nov üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O, ərizəsində bildirib ki, 2011-ci ilin fevral ayında Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rüstəm Teymurov onu aldadaraq 31 min ABŞ dollarını alıb və indiyədək geri qaytarmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi