Bakıda İraq vətəndaşına qarşı quldurluq edən qızların məhkəməsi başlayıb

Bakıda İraq vətəndaşına qarşı quldurluq edən qızların məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası dekabrın 29-na təyin edilib
Hadisə
15 Dekabr , 2017 18:19
Bakıda İraq vətəndaşına qarşı quldurluq edən qızların məhkəməsi başlayıb
Report

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova və Çinarə Bəhlulzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, quldurluq hadisəsi bu il yanvarın 13-də Bakıda baş verib. Belə ki, Bakıda universitetlərdən birində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflər arasında narazılıq yaranıb və C.Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Zəngilan rayon sakini Ç.Bəhlulzadə, Bakı şəhər sakinləri - A.Kərimov, E.Ələsgərova, F.Abdullayev, N.Məmmədov və K.Vahabov tutulub.

Daha sonra onların barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi