Bakıda İran vətəndaşına qarşı 52 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Bakıda İran vətəndaşına qarşı 52 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayıb Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
22 Fevral , 2019 12:16
Bakıda İran vətəndaşına qarşı 52 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayıb
Report

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İlham Mahmurovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra T.Hüseynov ittiham aktını almadığını söyləyib.

Proses fevralın 28-dək təxirə salınıb.

İttiham aktına əsasən, T.Hüseynov tanışı, İran vətəndaşı Aslani Heidarabad Jafar Hamidin etibarından sui-istifadə edərək ona qarşı 52 min manatlıq dələduzluq edib.

Belə ki, H.Aslani Azərbaycandan T.Hüseynovun adına avtomobil alıb ölkəsinə aparmaq istəyib. O, İranda isə avtomobili öz adına keçirmək niyyətində olub. Lakin sərhəddə onlara İranda bununla bağlı problem yaranacağını deyiblər. Sonradan T.Hüseynov maşınla Bakıya qayıdıb, H.Aslani isə ölkəsinə gedib.

Bir müddətdən sonra H.Aslani Azərbaycana gəlib, T.Hüseynovdan avtomobilini tələb edib. T.Hüseynov isə maşını satdığını, borclarına verdiyini söyləyib.

H.Aslaninin Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan T.Hüseynov qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi