Bakıda “İnsan və vətəndaş hüquq azadlıqlarının konstitusiya təminatının aktual problemləri” mövzusunda tədbir keçirilib

Bakıda “İnsan və vətəndaş hüquq azadlıqlarının konstitusiya təminatının aktual problemləri” mövzusunda tədbir keçirilib Tədbirdə məruzələr dinlənilib
Hadisə
7 Noyabr , 2014 16:49
Bakıda “İnsan və vətəndaş hüquq azadlıqlarının konstitusiya təminatının aktual problemləri” mövzusunda tədbir keçirilib
Bakı. 7 noyabr. REPORT.AZ/ DİN-in Polis Akademiyasında “İnsan və vətəndaş hüquq azadlıqlarının konstitusiya təminatının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. “Report”un xəbəbrinə görə, tədbirin təşkilatçıları Konstitusiya Məhkəməsi, Ombudsman Aparatı, Azərbaycan hüquqşünasları Konfederasiyası, AMEA-nın İnsan hüquqları üzrə Elmi-tədqiqat İnstitutu, AMEA-nın Fəlsəfə və hüquq İnstitutu və Polis Akademiyası olub.

Tədbirdə Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Nazim Əliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Konstitusiya Məhkəməsinin hakimi, AHK İdarə Heyətinin üzvü Ceyhun Qaracayev, AHK İdarə Heyətinin üzvü Qüdrət Həsənquliyev, AMEA İnsan Hüquqları üzrə Elmi-tədqiqat İnstitutunun direktoru Aytən Mustafayeva, Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda rezident əlaqələndiricisi, səfir Antonius Bruk çıxış edib. Çıxış edənlər mövzunun əhəyyətindən danışıblar.

Daha sonra məruzələr başlayıb.

Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və müqayisəli hüquqşünaslıq İnstitutunun “Müqayisəli hüquqi tədqiqatlar Mərkəzi”nin rəhbəri, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası Rəşad Qurbanov “Rusiya Federasiyasının və xarici ölkələrin konstitusiyalarında uşaq hüquqlarının təminatı haqqında qısa icmal”, G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası Ekimov Anisim İvanoviç “Rusiya Federasiyasının Konstitusiyası və insan hüquqları” mövzularında məruzələrlə çıxış ediblər.

Həmçinin, Rusiya Federasiyası Prezidenti yanında Xalq təsərrüfatı və dövlət qulluğu Akademiyasının hüquq fakültəsinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının dosenti, hüquq elmləri doktoru Doqadaylo Yekaterina Yurievnanın “İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı kontekstində Rusiya Federasiyasında konstitusiya məsuliyyətinin müasir problemləri”, Moskva Konfliktologiya Məktəbinin Baş Direktoru, ictimai elmlər namizədi, dosent Soy Lyubov Nikolayevnanın “İnformasiya müharibəsi virtual münaqişənin forması kimi” mövzularında məruzələri dinlənilib.

Son xəbərlər

Orphus sistemi