Bakıda hündürmərtəbəli binada yanğın söndürülüb - VİDEO

Bakıda hündürmərtəbəli binada yanğın söndürülüb - VİDEO Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.
Hadisə
21 İyun , 2021 22:41
Bakıda hündürmərtəbəli binada yanğın söndürülüb - VİDEO
0 : 00
0 : 00

Yasamalda hündürmərtəbəli binada yanğın söndürülüb.

"Report" xəbər verir ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq saat 21:36-da söndürülüb.

Yanğının 7-ci mərtəbədə baş verdiyi, ətraf mənzillərə keçdiyi, daha sonra isə 8-ci mərtəbəyə də yayıldığı qeyd edilir.

Ciddi xəsarət alan olmasa da iki nəfərin yüngül xəsarət aldığı bildirilir. Belə ki, onlardan biri, polis əməkdaşı, tüstüdən zəhərlənib.

22:39

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində təqribən 80 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Son xəbərlər

Orphus sistemi