Bakıda həyat yoldaşını öldürən şəxs Ali Məhkəməyə müraciət edib

Bakıda həyat yoldaşını öldürən şəxs Ali Məhkəməyə müraciət edib Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb
Hadisə
17 Dekabr , 2016 13:17
Bakıda həyat yoldaşını öldürən şəxs Ali Məhkəməyə müraciət edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Famil Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

O, cinayət işinin məhkəmə istintaqı ilə aparılmasını istəyib. Vəsatət təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılacaq.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, F.Əhmədov həyat yoldaşı Ülviyyə Əhmədovanı öldürüb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumun müdafiəçisi apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi