Bakıda həyat yoldaşını bıçaqlayan şəxsin istintaqı başa çatıb

Bakıda həyat yoldaşını bıçaqlayan şəxsin istintaqı başa çatıb Bakıda həyat yoldaşına ağır xəsarət yetirməkdə təqsirləndirilən Xəyyam Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
6 Dekabr , 2019 12:52
Bakıda həyat yoldaşını bıçaqlayan şəxsin istintaqı başa çatıb

Bakıda həyat yoldaşına ağır xəsarət yetirməkdə təqsirləndirilən Xəyyam Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mirzə Xankişiyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. X.Hüseynov 22 yaşlı həyat yoldaşı Əmiraslanova Sevil Vidadi qızını bıçaqlayıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

X.Hüseynova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi