Bakıda həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub Sahil Babalıyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
18 Oktyabr , 2016 14:12
Bakıda həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən Sahil Babalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Babalıyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Sahil Babalıyev yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı, 1975-ci il təvəllüdlü Şəhla Babalıyevanı bıçaqlayıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən S.Babalıyev tutulub.

Son xəbərlər

Orphus sistemi