Yuxarı

​Bakıda həmyerlisini döyərək öldürən şəxsə hökm oxunub

O, 11 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Babək Sədiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Sədiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsində baş verib. Paytaxt sakini Babək Sədiyev münaqişə zəminində həmyerlisi, 26 yaşlı Abbasqulu Hacıyevi döyüb. Yaralı ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə gətirilib. Həkimlərin səyinə baxmayaraq, A.Hacıyevin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən B.Sədiyev isə hadisədən sonra qaçaraq gizlənib. Daha sonra o, tutularaq istintaqa cəlb olunub.

B.Sədiyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi