Bakıda həkim qadın avtomobillə piyadanı vuraraq öldürüb

Bakıda həkim qadın avtomobillə piyadanı vuraraq öldürüb Faktla bagli Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb
Hadisə
189
28 Yanvar , 2017 11:07
Bakıda həkim qadın avtomobillə piyadanı vuraraq öldürüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakıda həkim qadın avtomobillə piyadanı vuraraq öldürüb.

“Report”un məlumatına görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində baş verib. 

Belə ki, Səidə Mayis qızı Əlixanova idarə etdiyi “Hyundai Tucson” markalı 38-BE-109 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Mirfəda Seyidəli oğlu Həşimovu vurub. M.Həşimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bagli Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. 

Qeyd edək ki, piyadanı avtomobillə vuran qadın “Səhhət” Klinikasında həkim işləyir.

Son xəbərlər

Orphus sistemi