Bakıda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bakı. 15 yanvar. REPORT.AZ/ Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
15 Yanvar , 2019 12:17
Bakıda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 15 yanvar. REPORT.AZ/ Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yanvarın 14-də Bakı Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini həmin gün saat 16 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etdiyini bildirib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.İmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi