Bakıda təcridxanada baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakıda təcridxanada baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb
Hadisə
4 Yanvar , 2017 18:50
Bakıda təcridxanada baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakı. 4 yanvar. REPORT.AZ/ Bakıda Daxili İşlər Nazirliyinin Xətai rayonu, N.Əliyev küçəsi 15 ünvanında yerləşən Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridxanasında baş vermiş yanğın söndürülüb.

 "Report" xəbər verir ki, hadisəyə səbəb müəssisənin zirzəmi hissəsində olan elektrik qutusunda yaranan qısaqapanma olub.  

***18:07

Bakıda həbsxanada yanğın baş verib. 

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın Daxili İşlər Nazirliyinin Xətai rayonu ərazisində, N.Əliyev küçəsində yerləşən Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridxanasında baş verib. 

Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.  

Yanğının müəssisənin zirzəmi hissəsində baş verdiyi bildirilir. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

İlkin ehtimala görə, yanğın müəssisənin zirzəmi hissəsində olan elektrik qutusunda yaranan qısaqapanmadan baş verib. 

Son xəbərlər

Orphus sistemi