Bakıda həbsdəki oğluna psixotrop maddə ötürmək istəyən ata saxlanılıb

Bakıda həbsdəki oğluna psixotrop maddə ötürmək istəyən ata saxlanılıb Anar Novruzov Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1 Dekabr , 2014 13:54
Bakıda həbsdəki oğluna psixotrop maddə ötürmək istəyən ata saxlanılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) narkotik keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə “Report”a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Belə ki, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Zöhrab oğlu Novruzovun yanına qısamüddətli görüşə gəlmiş atası, Lənkəran şəhər sakini vətəndaş Zöhrab Əli oğlu Novruzovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman alt paltarında gizlətdiyi 1 ədəd sellofan bükülünün içərisindən 420 ədəd psixotrop maddə - “Metodon” və 140 ədəd “Lirika” kapsulaları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, A.Novruzov Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi