Yuxarı

Bakıda həbsdəki dostuna telefon ötürmək istəyən şəxs saxlanılıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda 3 saylı İstintaq Təcridxanasına (İT) telefon ötürmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət (PX) əməkdaşları tərəfindən həyata keçirilən axtarış tədbirləri zamanı 3 saylı İT-də saxlanılan, Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 66.3. (Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti on beş ildən çox ola bilməz) maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilən məhkum Ramin Tahir oğlu Məmmədova dostu Murad Valis oğlu Nağıyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı “Eti Mek” qurudulmuş çörəyin içərisində xüsusi üsulla sellofana bükülərək gizlədilən iki ədəd qara rəngli “Nokia” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi