Bakıda həbsdə olan şirkət rəhbərinin oğlunun məhkəməsi başlayıb

Bakıda həbsdə olan şirkət rəhbərinin oğlunun məhkəməsi başlayıb Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun oğlu Samir Alışov və şirkətin əməkdaşı Elçin Əsədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
15 Noyabr , 2018 15:00
Bakıda həbsdə olan şirkət rəhbərinin oğlunun məhkəməsi başlayıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun oğlu Samir Alışov və şirkətin əməkdaşı Elçin Əsədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, S.Alışov və E.Əsədov bir mənzili təkrarən sataraq dələduzluq etməkdə təqsirli bilinirlər.

Cinayət işi üzrə 22 zərərçəkmiş var.

“Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin sədri Cahangir Alışov da eyni əmələ görə həbs edilib. Hazırda onun ibtidai istintaqı davam etdirilir.

Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.

Son xəbərlər

Orphus sistemi